Ru
15:01 / 03 May 2022

Mübariz Mənsimovdan diasporumuza ağır ittihamlar: “Yazıq AST Telmanı batırdılar” - VİDEO

76754

"Rusiyada yaşayan zənginlər Azərbaycan üçün nə ediblər? Deyirlər ki, diasporuq. Diaspor olaraq, Rusiyada, Ukraynada və ya başqa ölkədə nə etmisiz? Ortaya bir şey çıxartsınlar ki, bunu etmişik. Orta sinif zənginlər dəstək üçün əlindən gələni edir, amma güclülərin nəyisə etdiklərini görmürəm".



Bakupost.az xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müsahibəsində deyib.


M. Mənsimov Telman İsmayılovdan da danışıb:


"Hər kəs Telmanın "batdığına" sevinir. Telman hara gedirdi azərbaycanca danışırdı, azərbaycanlılar üçün iş yerləri açırdı. Restoran açırdısa, adını Azərbaycan qoyurdu. Diaspor üçün nələrsə edirdi. O "batanda" elə sevindilər ki... Öz- özümə dedim, nə qədər yazığıq, nə qədər bədbəxt millətik, içimizdən birini yox edirlər və biz buna sevinirik. Bu, yazığı "batırmaq" üçün bir proyekt idi. Bir azərbaycanlı da ona sahib çıxmadı. Məni də elə bu üzdü".

Daha ətraflı videoda:




Həmçinin oxuyun:

Şərhlər
  • Rəhim

    Cənab Mübariz Mənsimov! Telmanın ətrafında Abbas Abbasov, Ziya Məmmədov, Cahangir Əsgərov, Allahşükür Paşazadə və s. demək olar ki, daim olublar və onlar da Telmana bacardıqları səviyyədə kömək ediblər və ya etmək istəyiblər. Məsələnin qəlizliyi, Telmanın özünü həddən çox yekəxana aparmasıdır ki, bu da Putini qəzəbləndirib...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər