İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin 17 yaşında çəkilmiş görüntüləri yayılıb.
Bakupost.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, görüntülərin İran-İraq müharibəsi vaxtlarına aid olduğu bildirilib.
Məlumata görə, Müctəba Xamenei həmin müharibədə könüllü olaraq ön cəbhədə döyüşüb.
Qeyd edək ki, İran-İraq müharibəsi 1980-1988-ci illəri əhatə edib. Həmin vaxt İran Prezidenti Əli Xamenei (1981-ci ildən), İraq Prezidenti isə Səddam Hüseyn olub.
Xatırladaq ki, İranın mərhum Ali Rəhbəri Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin başlatdıqları birgə hərbi əməliyyatlar nəticəsində həlak olub. Ötən gün- martın 8-də Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib. Müctəba Xamenei bu gün xalqa ilk müraciətini edib.