Ru
19:53 / 08 Dekabr 2021

Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi - FOTOLAR

67551
Dekabrın 8-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Şanlı Qələbəyə aparan yol: Müzəffər Komandanın Müzəffər Ordusu” layihəsi çərçivəsində tədbir keçirib.

Bakupost.az -ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir.

Layihə çərçivəsində İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 8 yazı hazırlanıb, mediada dərc olunub.

Bu gün layihə çərçivəsində keçirilən “Prezident İlham Əliyevin gənclər siyasətində vətənpərvərlik amili” mövzusunda tədbirdə də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihənin məqsədi barədə danışıb, layihə çərçivəsində hazırlanan yazılar ətrafında məlumat verib.

“Müzəffər Ali Baş Komandan” mövzusunda çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin vətənpərvərlik yönümündə həyata keçirdiyi layihələri təqdir edib, İlham Əliyevin rəhbərliyi ildə əldə olunan tarixi Zəfərdən bəhs edib. Eyni zamanda vətənpərvərlik təbliğatı sahəsində vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm missiya düşdüyünü vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov “Azərbaycanı qələbəyə aparan yol” mövzusunda çıxış edib. V. İsgəndərov İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə qədər davam edən işğala son qoyduğunu bildirib. Deputat vətənpərvərlik yönündə təbliğatda gənclər təşkilatlarının fəal olmasını zəruri sayıb.

Milli Məclisin deputatı Cavid Osmanov 30 il əvvəl Azərbaycan torpaqlarının işğalının səbəblərinə toxunub, Ümummilli lider Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qələbəyə aparan yolun inşa olunduğunu vurğulayıb. Deputat vətənpərvərlik təbliğatının hər zaman diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb.

Başlıbel faciəsini araşdırmış “Koordinat” saytının baş redaktoru Elxan Salahov gənclərin Vətən müharibəsi, tarixi Zəfər barədə hər zaman məlumatlandırılmasını zəruri sayıb, bu yöndə araşdırmaları vacib hesab edib.
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyeva Şuşanın fəthi mövzusunda çıxış edib, vətənpərvərlik mövzusunda mahnı ifa edib. R. Əliyevanın çıxışı və ifası alqışlarla qarşılanıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış “Prezident İlham Əliyevin gənclər siyasətində vətənpərvərlik əsas prioritet kimi”, Mübariz gəncliyin zəfər müjdəsi”, “Vətən müharibəsinin ilk mərhələsi” və “Şuşanın fəthi – Tarix dərsliklərində öyrəniləcək ” “İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparan Qurucu Lider” mövzusunda araşdırma yazılar ətrafında müzakirələr aparılıb.
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Müzəffər Ordumuzun qələbəsinə həsr olunan tədbir keçirildi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər