Ru
17:22 / 27 May 2024

Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanıldı

1113
Mayın 23-ü saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakupost.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Polis əməkdaşları onun barəsində protokol tərtib edərək məhkəməyə göndəriblər.

Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il ərzində sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər