Ru
17:33 / 07 Yanvar 2022

NATO-dan Qazaxıstanda baş verənlərə münasibət

NATO-dan Qazaxıstanda baş verənlərə münasibət
Eye

NATO Qazaxıstandakı vəziyyətdən narahatdır.

Bakupost.az -ın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Twitter"də bildirib.

“NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür. Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”, - NATO Baş katibinin xüsusi nümayəndəsi bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar