Ru
13:33 / 27 Sentyabr 2024

NATO hücum etsə, nüvə silahı ilə cavab verəcəyik - Lukaşenko

NATO hücum etsə, nüvə silahı ilə cavab verəcəyik - Lukaşenko
Eye

NATO Belarusa hücum edən kimi nüvə silahından istifadə olunacaq.

Bakupost.az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.


“Mən demişdim ki, Belarusa hücum üçüncü dünya müharibəsi deməkdir. Sağ olsun, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin bunu təsdiqləyərək nüvə doktrinasına düzəliş etdi ki, Rusiya və Belarusa hücum olarsa. nüvə silahından istifadə edəcəyik. O, mənim sözümü təsdiqlədi. Bəyanatımın mahiyyəti bundan ibarət idi. Amerikalılar və polyaklar artıq sərhəddə, xüsusən də Polşa sərhədində düzülüblər. Biz bilirik ki, Polşa rəhbərliyi artıq əllərini ovuşdurur. Biz nüvə silahından istifadə edəcəyik və Rusiya da bizə dəstək verəcək", - Lukaşenko deyib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar