Ru
10:32 / 04 İyul 2024

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

1066
Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bakupost.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısı həmçinin “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

“Eq” - Elektrik qatarı;

“Dz” - Dizel qatarı;

“E” - Elektrovoz;

“T” - Teplovoz;

“Lm” - Lokomobil;

“M/Dr/Mk” - Motovoz/Drezin/Maşın kompleksi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər