Neft qiymətləri cümə günü sabit qalsa da, ABŞ-İran müharibəsinin Yaxın Şərqdən neft tədarükünü məhdudlaşdırması fonunda ikinci həftəlik artımını qeydə almağa hazırlaşır.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin bir barreli 93,82 dollara, ABŞ xam nefti (WTI) isə 86,78 dollara satılıb. Son beş ticarət günündə “Brent” 7 faizdən, WTI isə 8 faizdən çox bahalaşıb.
Neft qiymətlərinin artmasına müharibənin uzanması və Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveyt kimi əsas istehsalçılardan tədarükün məhdudlaşa biləcəyi ilə bağlı narahatlıqlar təsir edib.
Müharibə səbəbindən Hörmüz boğazında tanker hərəkəti də kəskin azalıb. Çərşənbə günü boğazdan cəmi 9 gəmi keçib. Müharibədən əvvəl dünya üzrə neft istehlakının təxminən beşdə biri bu marşrutla daşınırdı.
Vüsalə Hüseynova,
BakuPost