Ru
17:50 / 23 Avqust 2026

İlham Əliyevlə yeni təklifimiz var: birgə film çəkək – Mirziyoyev

İlham Əliyevlə yeni təklifimiz var: birgə film çəkək –  Mirziyoyev
Eye

Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək.

"Bakupost" xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Bu gün birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacaq və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start verəcəyik. Xalqlarımızın daha da yaxınlaşması məqsədilə İlham Heydaroviçlə dar tərkibdə müzakirə etdik və “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsini təklif edirik. Bu, xalqlarımızın, xüsusilə də gənclərin yaxınlaşması üçün çox yaxşı nümunə olacaq.

Bu, başlanğıc kimi qəbul edilməlidir. Xalqlarımızın tarixi və yaxınlaşması haqqında belə filmlərdən ibarət silsilə yaratmalıyıq. Bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı ali məktəblərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik.”, – deyə Şavkat Mirziyoyev qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar