Ru
18:10 / 23 Avqust 2026

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü

Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını  öldürdü
Eye

Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində hərbi qulluqçu ölüb.

"Bakupost" bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Hərbi qulluqçular arasında mübahisə düşüb. Münaqişə zamanı çağırışçılardan biri özünə təhkim olunmuş silahdan xidmət yoldaşına atəş açıb. Açılan atəş nəticəsində hərbi qulluqçu ölüb.

Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, 2026-cı ilin əvvəlindən bəri Ermənistan Silahlı Qüvvələrində 10-dan çox hərbi qulluqçunun ölüm faktı qeydə alınıb ki, onların da beşi müddətli həqiqi hərbi xidmətdə olanlar olub.(lent.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar