Ru
09:27 / 28 Oktyabr 2026

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı
Eye

Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum xəbəri Yaxın Şərqdə tədarük riskləri ilə bağlı narahatlıqları artırıb.

“Bakupost” xəbər verir ki, “Brent” markalı neft 1,3% bahalaşaraq 115,36 dollara, “WTI” markalı neft isə 1,22% artaraq 101,12 dollara çatıb.

İranın dəstəklədiyi Yəmən husiləri çərşənbə axşamı Səudiyyə Ərəbistanının gündəlik 550 min barel emal gücünə malik ən böyük neft emalı zavodunu raketlə hədəfə aldıqlarını açıqlayıblar. Səudiyyə rəsmiləri hücumu hələlik təsdiqləməyiblər.

Neft qiymətləri diplomatik danışıqlar fonunda çərşənbə axşamı təxminən 2 dollar ucuzlaşmışdı. Yeni hücum xəbərləri isə qiymətləri yenidən yüksəldib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar