Ru
09:36 / 30 Oktyabr 2026

Neft bahalaşdı

Neft bahalaşdı
Eye

“Brent” markalı neftin bir barreli 0,75 faiz bahalaşaraq 115,74 dollara, “WTI” markalı neft isə 0,71 faiz artaraq 102,72 dollara çatıb.

“Bakupost” xəbər verir ki, qiymət artımına Yaxın Şərqdə enerji təchizatının pozulacağı ilə bağlı narahatlıqlar səbəb olub. Yəməndəki husilər Səudiyyə Ərəbistanının “Ras Tanura” və “Rabigh” neft emalı zavodlarını, eləcə də “Aramco” şirkətinin Abqaiqdəki obyektini hədəf aldıqlarını açıqlayıblar.

Hörmüz boğazı ətrafında hərbi gərginlik də neft bazarına təsir göstərir. İran İslam İnqilabı Keşikçiləri Korpusu boğazın cənubunda üç tankerin dəniz minalarına dəydiyini və yanğın baş verdiyini iddia edib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar