Ru
17:14 / 15 Sentyabr 2022

"Nikolu deyil, dövləti xilas etməliyik" - İrəvanda gərginlik artır

"Nikolu deyil, dövləti xilas etməliyik" - İrəvanda gərginlik artır
Eye

Ermənistan müxalifət ölkə daxilində yaranan siyasi gərginliyi daha da artırmağa çalışır.


Bakupost.az xəbər verir ki, müxalifətçi deputat İşxan Saqatelyan bu gün Ermənistan parlamentində daha bir qızışdırıcı bəyanat verib.


O, hazırda Nikol Paşinyanı deyil, dövləti xilas etməyin vaxtı olduğunu bildirib.





“Sərhəddə və ölkə daxilində vəziyyət son dərəcə gərgindir. Vəziyyəti sabitləşdirmək və ağıllı qərarlarla ən pis ssenarilərdən qaçmaq üçün bir neçə saatımız var. Sabah çox gec ola bilər. Bir gün əvvəl Paşinyan açıq mətnlə onun danışıqlar konsepsiyasının nəticə vermədiyini bildirdi, uğursuzluğu qəbul etdi və etiraf etdi ki, əslində, daha nə edəcəyi barədə fikri yoxdur. Görünən odur ki, danışıqların məzmunu pozulub və bundan sonra nə edəcəyini bilməyən şəxsin bu tarixi məqamda ölkəyə rəhbərlik və dövləti təmsil etməsi mümkün deyil”.


Hakim partiyadan olan deputatlara Paşinyanın istefası məsələsi ətrafında təcili müzakirəyə başlamağı təklif edən erməni deputat deyib:


“Bunu indi etməliyik. Bu vəziyyətdə heç bir ağıllı insan ölkədə qeyri-sabitlik və idarəolunmaz proseslər arzulaya bilməz. Siyasi qüvvə olaraq əsas tələbi dəyişməyin vaxtıdır. İndi Nikolu deyil, dövləti xilas etməyin vaxtıdır”.


Günel
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar