Ru
20:00 / 29 İyul 2022

Niyə 700 bal toplayan yoxdur? - Millət vəkili səbəbləri AÇIQLADI

5456
Cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də bu il abituriyyentlərin 700 bal toplaya bilməməsidir. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də məsələyə münasibət bildirib. Qeyd edib ki, buraxılış və qəbul imtahanlarında maksimum nəticə - 700 bal toplanması ümumi prosesi xarakterizə etmir. Bəs, niyə bu il 700 bal toplayan abituriyyent yoxdur? Maksimal balın toplanılmaması təhsilin keyfiyyətinin daha da aşağı düşdüyündən xəbər vermirmi?

Məsələ ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev Bakupost.az-a açıqlama verib.


Onun sözlərinə görə 700 balın toplanılmaması təhsilin keyfiyyətini qiymətləndirməyə əsas vermir:


“Düşünürəm ki, belə müqayisənin özü də qüsurludur. Doğrudur, artıq 700 bal toplamaq bir mifə çevrilib. Lakin 0-200 bal toplayanların sayı ilə 500-700-ə qədər bal toplayanların sayı arasındakı müqayisə zamanı təhsilin keyfiyyətini qismən dəyərləndirmək olar. Abituryentlərin 30%-i aşağı nəticə göstəribsə, bu nəticə 500-700 bal toplayanlardan kəskin fərqlənirsə, keyfiyyətə diqqət çəkə bilərik”.


E.Əliyev hesab edir ki, son illər Dövlət İmtahan Mərkəzinin açıq tipli test tapşırıqları 700 bal toplayanların sayına öz təsirini göstərib:

"İndiyə qədər abituriyyentlərin böyük hissəsi açıq tipli test tapşırıqlarına adaptasiya olmayıb. Bunun özü bir faktor kimi ortaya çıxır. Digər tərəfdən, məktəbin gücü ilə yanaşı repetitorların da gücünü qiymətləndirmək lazımdır. Mənim müşahidələrimə görə, repetitor təhsilinin effektivliyi də get-gedə aşağı düşür. Müşahidə edirik ki, şagirdlər 2-3 il dərsdən sonra fərdi olaraq müəllim yanına gedirlər, amma ümumilikdə 100-200 bal toplayırlar. Bu üç faktoru nəzərə almaq lazımdır”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər