Ru
22:57 / 15 Dekabr 2021

Növbəti Kitab Satış Sərgisi başladıldı - FOTOLAR - VİDEO

6012
Bakıda "Qanun” Nəşrlər Evi və "Ali və Nino" Nəşriyyatının təşkilatçılığı ilə növbəti Kitab Satış Sərgisinə start verilib.

Sərginin açılış mərasiminə millət vəkilləri Sabir Rüstəmxanlı, Fazil Mustafa, Etibar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xalq artisti Flora Kərimova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqa tanınmış ziyalılar, ictimai xadimlər və sənət adamları qatılıb.

Qeyd edək ki, 15-21 dekabr tarixlərini əhatə edəcək sərgidə 100 mindən çox kitab nümayiş olunur.

Tədbirin açılışında öncə "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu çıxış edərək sərgiyə gələnləri salamladı. Daha sonra Xalq artisti Flora Kərimova söz aldı. O bildirdi ki, gənclərin kitab sərgisinə marağı onu hədsiz sevindirir: "Kitab sərgiləri mütaliəli, intellektli gələcək deməkdir. Kitabı kiməsə güclə oxutmaq mümkün deyil. Buna yalnız kitaba marağı, sevgini aşılamaqla nail olmaq olar. Mənim gəncliyimdə insanlar çox kitab oxuyurdu. Hər evdə iki məsələ çox vacib sayılırdı, biri piano çalmağı bacarmaq, biri də çox sayda kitab oxumaq. Valideynlər də bu məsələdə həvəslə övladlarına dəstək olurdular. Çox şadam ki, bu gün də o ənənə var. Doğrusu, əvvəl mənə elə gəlir ki, gənclər musiqidən, bayatıdan başqa heç nəyi mənimsəmirlər. Amma bu gün burada anladım ki, mütaliəyə maraq yenə də davam edir".

Daha sonra millət vəkilləri Fazil Mustafa və Etibar Əliyev sitab sərgisi ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri bildirib ki, bu gün Azərbaycanın mədəni həyatında qeyd olunacaq tarixi günlərindən biridir: "Həm Bakıda, həm Gəncədə, həm də Azərbaycanın müxtəlif bölgələrində kitab sərgiləri keçirilir. Azərbaycanda kitaba bu ilki qədər maraq göstərildiyi olmamışdı".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovsa bu günün əsl kitab bayramı olduğunu qeyd edib: "Çox sevinirəm ki, gənclərimiz buradadır. Onlar mütaliəyə, oxumağa belə maraq, belə həvəs göstərirlər. Ümumiyyətlə, son on illiklərdə biz kitabdan uzaqlaşmışdıq. Kitabdan uzaqlaşmaq, sözdən uzaqlaşmaq, mədəni inkişafdan geri qalmaq, natamamlıqdır. Məhz belə sərgilərin təşkili bizi bu natamamlıqdan uzaqlaşdırır. Əminəm ki, getdikcə bu cür sərgilərin sayı daha çox olacaq, kitaba, sözə sevgi ilə yanaşanların, oxumağa can atanların sayı daha çox olacaq"./News24.az


Növbəti Kitab Satış Sərgisi başladıldı -  FOTOLAR - VİDEO
Növbəti Kitab Satış Sərgisi başladıldı -  FOTOLAR - VİDEO
Növbəti Kitab Satış Sərgisi başladıldı -  FOTOLAR - VİDEO
Növbəti Kitab Satış Sərgisi başladıldı -  FOTOLAR - VİDEO
Növbəti Kitab Satış Sərgisi başladıldı -  FOTOLAR - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər