Ru
12:00 / 18 Yanvar 2023

Novxanıda adamı döyüb, maşınla sürüdülər - Polis 5 aydır, cinayətkarları tapmır - VİDEO

Novxanıda adamı döyüb, maşınla sürüdülər - Polis 5 aydır, cinayətkarları tapmır - VİDEO
Eye

Abşeron rayon sakini ona qarşı dələduzluq edən şəxsin tapılmamasından şikayətçidir.

Novxanı kəndində xırda ticarətlə məşğul olan Elxan Rüstəmov Bakupost.az -a bildirib ki, ötən ilin oktyabrın 10-da, ona qarşı dələduzluq edən, xəsarət yetirən şəxsləri polis tapmır:

“Həmin gün “Ford” markalı maşınımla gedərkən qarşıda çox yavaş sürətlə hərəkət edən avtomobili ötüb getmək istədim, amma yol vermədilər, mən də sağ tərəfdən, yolun torpaq hissəsindən keçib getdim. Kənddə çatıb işimi həll edəndən sonra, oradan çıxar-çıxmaz “Oba” market yanında həmin avtomobil yolun hərəkət hissəsində dayanıb, qarşımı kəsdi və avtomobildən düşən 2 nəfər təhqiramiz ifadələr işlətməyə başladılar. Guya, mən onları sağdan keçməklə hörmətsizlik etmişəm. Maşının sürücüsü "Ford"a hücum edib, şüşəsini qırdı. Şüşənin bütün qırıqları gözümə doldu. Sonra maşına minib getmək istəyəndə, sürücünün sükanından tutub saxlamaq istədim, o isə avtomobili saxlamayıb, məni asfaltla sürüməyə başladı. Bütün bunlar həmin marketin kamera görüntülərində var. Sonradan xəstəxanaya getdim bir müddət xəsarətlərin sağalması üçün müalicə aldım”.

Şikayətçi qeyd edib ki, Abşeron rayon Saray şöbəsində onun izahatı alınıb:

“Hadisənin kimlər tərəfindən törədildiyi məlumdur. Biri elə Novxanıdan olan Arif adlı şəxsdir, digərinin isə başqa yerdən olduğu deyilir. Amma ən azından birinin kimliyi məlumdur. Buna baxmayaraq, həmin şəxslər məsuliyyətə cəlb olunmur. Dəfələrlə bölmə rəisinin yanında olmuşam, o da həmin şəxslərin dərhal tapılıb gətirilməsi ilə bağlı göstəriş verib. Lakın heç bir nətic yoxdur. Hər gün mənə acıq vermiş kimi yanımdan ötüb keçən cinayətkarı polis guya tapa bilmir. Dəfələrlə demişəm ki, gəlin gedək adamın yaşadığı yeri göstərim. Amma nə sirdisə polis bu məsləni həll etmir. Axırıncı dəfə müstəntiq Xəlil Əsgərov dedi ki, yol polisində də, polisə də axtarışa vermişik, amma hələ də tapılmır. Cinayət işi açılıb, axtarış davam etdirilir. Amma sondardan öyrəndik ki, iş prokurorluğa göndərilib, orada isə xitam verilib”.

Bundan sonra Elxan Rüstəmov Abşeron Rayon Prokurorluğunda olub. Onun şikayətindən sonra iş baxılması üçün yenidən Abşeron polisinə göndərilib.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Bakupost.az –a açıqlamasında məsələ diqqətdə saxlanılacaq.




Elnur
BakuPost

Şərhlər
  • pensiyaçı

    Heç tapmayacaqlarda sərf etmir.hələ qorx ki,səni təzədən həmin adamlara bir daha döydürüb başua(qafana)işətməsinlər ay yazzıq...sən hansı ölkədə yaşayırsan?Bir ölkədə ki,killeri türmədən azad edib hələ bir üstəlik"əziyyət" çəkib yığdığı 30milliyonuda qaytarırlar....otur evində pəncərədən bax çölə çıxma yazzıqsan yoxsa 2-ci seriya kasqadyor filiminə çəkilərsən.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar