Ru
14:49 / 30 İyul 2024

Noyabrda toylar KEÇİRİLMƏYƏCƏK - Təxirə salındı

Noyabrda toylar KEÇİRİLMƏYƏCƏK -  Təxirə salındı
9365

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.

Bakupost.az report-a istinadla bildirir ki, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.

Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.

Bakıdakı bir sıra restoranlardan bildiriblər ki, noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.

Şərhlər
  • Bəhi

    Nədən, bütöv Noyabrda yox, 5ndən 22sinə qədər? Bütün dünya tarixinə məlum deyil ki, türklər on min ildir yerin təkindən neçə qat (mərtəbə) ev tiksələr də, ocaq tüstüləri kəskinliklə sonuncu qatın üstündəki bacalardan çıxarı! Kababın tüstüsü də eləcə bacadan kənarlaşmalıdır!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar