Ru
09:04 / 15 May 2025

Qəbələdə sahibkar keçmiş polisə hücum etdi

Qəbələdə sahibkar keçmiş polisə hücum etdi
Eye

Qəbələdə kafe sahibi sabiq polis zabitinə hücum edib.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Hacalılar kəndində baş verib.

Rayon sakini Səfa Məmmədov (soyad şərtidir) rayon ərazisində 2023-cü ildə kafe işlədib. Rayon polis şöbəsinin əməkdaşları kafedə müqaviləsiz işçi işlətdiyi və müştərilərin siqaret çəkməsinə şərait yaratdığı üçün onu cərimələyib. Sahibkar bir müddətdən sonra cəriməni ödəmək əvəzinə Qəbələ Rayon Polis Şöbəsinin rəis müavinini şantaj etmək qərarına gəlib və bu məqsədlə sosial şəbəkələrdə qərəzli videolar paylaşıb.

Bu üsulla polisə təzyiq göstərə bilmədiyini görən Səfa Məmmədov həmin vaxt rayon polis şöbəsinin rəis müavini olmuş, hazırda təqaüddə olan Ələddin adlı polis zabitinin qohumlarına qarşı kampaniyaya başlayıb. O məlumat alıb ki, Hacalılar kəndində Ələddinin qohumlarına məxsus mağaza və obyekt var. Sahibkar həmin obyektə hücum etmək qərarına gəlib və sözügedən kəndə yollanıb. Obyektə çatmağa az qalmış o, yolda Ələddinlə rastlaşıb və ona hücum edib, xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəlsələr də, Səfa polisə müqavimət göstərərək onlara da xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Məmmədova 1 il 3 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar