Ru
14:37 / 15 May 2025

Tərtərdə öldürülən gəlinin FOTOSU - TƏFƏRRÜAT

Tərtərdə öldürülən gəlinin FOTOSU -  TƏFƏRRÜAT
Eye

Mayın 13-ü Tərtərin Poladlı kəndində 35 yaşlı Hafizə Rzayeva qayınatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, hadisənin qısqanclıq zəminində törədilməsi ehtimal edilir.

Hadisə şahidlərinin sözlərinə görə, qətli törətməkdə şübhəli bilinən Ş. Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib.

Qətlə yetirilən qadının yaxın müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işlədiyi bildirilir. O, bir neçə gün öncə ailəsinin təkidi ilə işdən çıxıbmış.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar