Ru
16:49 / 15 May 2025

İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır

İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır
Eye

İsrailin “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsində builki təmsilçisi Yuval Rafaelin bir tərəfinin azərbaycanlı olması məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı Səfirliyi “X” hesabında paylaşıb.

“Biz indi bildik ki, İsrailin Avroviziya ulduzu Yuval qismən azərbaycanlıdır! Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, azərbaycanlılar hələ də həmin səhnədə söz sahibidirlər. Gəlin ulduzumuz üçün bir az səs-küy salaq. Yuvala səs verin!” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçirilən müsabiqənin mayın 13-də baş tutan ilk yarımfinal mərhələsində ölkəmizi təmsil edən “Mamagama” qrupu final mərhələsinə adlaya bilməyib. Müsabiqənin ikinci yarımfinalı isə bu gün keçiriləcək. 24 yaşlı İsrail təmsilçisi Yuval “New Day Will Rise” mahnısı ilə bu gün çıxış edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar