6 dekabr axşamı Belqorodda güclü partlayış baş verib.
Bakupost.az xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov “naməlum partlayıcı vasitənin düşdüyünü” bildirib.
Qubernator özünün Telegram kanalında yazıb ki, şəhər və Belqorod dairəsində elektrik enerjisində fasilələr yaranıb.
Partlayış nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib
Hökumət başçısının məlumatına görə, partlayış zamanı həmçinin bir yük avtomobili zədələnib, iki fərdi evin pəncərələri sındırılıb.
Belqorod nəşri “Pepel” isə bildirir ki, şəhərin Storojovaya küçəsindəki elektrik stansiyasının yaxınlığında Rusiya hava bombası düşüb.
“Elə buna görə də partlayışdan əvvəl şəhərdə raket təhlükəsi barədə siqnal işə düşməyib və pilotsuz uçuş aparatlarının (PUA) uçuşu barədə xəbərdarlıq olmayıb”, - deyə nəşr qeyd edir.
“Pepel” həmçinin yazır ki, partlayışdan əvvəl sakinlər Ukrayna sərhədi istiqamətinə uçan təyyarənin uğultusunu eşidiblər.