Avropa Birliyi (AB) ləğv olunmalı və ayrı-ayrı ölkələrin suverenliyi bərpa edilməlidir ki, dövlətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.
Bakupost.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X-da yazıb.
O, həmçinin əlavə edib ki, avro-bürokratiya Avropanı yavaş-yavaş boğur.
Qeyd edək ki, iş adamının bu qəzəbinə səbəb ötən gün Avropa Komissiyasının Maskın sahibi olduğu X sosial şəbəkəsini 120 milyon avro cərimələməsi olub.