Ru
22:01 / 06 Dekabr 2025

Suriyada prezident seçkisinin vaxtı AÇIQLANDI

Suriyada prezident seçkisinin vaxtı AÇIQLANDI
Eye

Suriyada prezident seçkiləri yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.

Bakupost.az xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Dohada keçirilən forumda bəyan edib.

"Biz milli dialoq üzrə hərtərəfli konfrans keçirdik və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il müddətində hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Beş il ərzində bir çox qanunlar qəbul ediləcək və dövlət idarəetmə sistemi üçün əsas prinsip olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - Suriya lideri deyib.

Əl Şaraa vurğulayıb ki, bu proses keçid dövrünün xarakteri və mürəkkəbliyi ilə bağlı daha çox vaxt tələb edir.

O əlavə edib ki, keçid hökuməti ölkənin üzləşdiyi çətin şəraitə baxmayaraq, parlament seçkilərini təşkil edib və bu proses mövcud vəziyyətə uyğun olaraq həyata keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar