Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Axşam saatlarında kənd daxili yolda hərəkətdə olan “Leksus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb.
Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.