Ru
23:00 / 10 Noyabr 2026

Ukrayna ilə Polşa nəhayət razılaşdı

Ukrayna ilə Polşa nəhayət razılaşdı
Eye

Ukrayna MiQ-29 qırıcı təyyarələri müqabilində Polşaya dron əleyhinə texnologiya verməyə razılaşıb.


"Bakupost" xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

Onun sözlərinə görə, Polşa Ukraynaya iki ədəd MiQ-29 təyyarəsi verməyi nəzərdən keçirir, bunun müqabilində isə Ukraynanın pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə texnologiyalarına çıxış əldə edəcək.

Razılaşmanın detalları artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Polşa MiQ təyyarələrini Ukraynanın dron texnologiyaları ilə dəyişdirməyi təklif etmişdi. Lakin 2026-cı ilin yayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirdi ki, Kiyev ilkin razılaşmalardan geri çəkilib və təyyarələrin təhvil verilməsi prosesi dayandırılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar