Ru
21:01 / 10 Noyabr 2026

"JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - VİDEO

"JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb -  VİDEO
Eye

Bakının kommunal təsərrüfat sahəsində milyonlarla manatlıq borc məsələsi yenidən gündəmə gəlib.

Məlum olub ki, paytaxtın 7 rayonu üzrə mənzil kommunal birliklərinin dövlətə ümumilikdə 24 milyon manat borcu var.

"Bakupost" xəbər verir ki, ən çox borc Binəqədi rayonunun, ən az isə Qaradağ rayonunun payına düşür.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, mənzil kommunal idarələri vətəndaşlardan onlara məxsus mənzillərin sahəsinə uyğun olaraq minimal kommunal ödəniş toplayırlar.

Həmin vəsait hesabına sakinlərin yaşadıqları ərazidə məişət tullantılarının təmizlənməsi və daşınması kimi proseslər həyata keçirilir.

Deputat Vüqar Bayramov yaranmış borclarla bağlı danışıb:

"Gələn ildən "JEK"lərin strukturunun dəyişdirilməsi istiqamətində işlər görülə bilər.

Bu da öz növbəsində onların məsuliyyətinin və vergi borclarının artmasının qarşısının alınmasına təsir edə bilər".

Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar