Sosial şəbəkələrdə meyxanaçı Vahid Qədimin ölümü ilə bağlı məlumatlar yayılıb.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, meyxanaçı sözügedən məlumatlara reaksiya verib.
Bununla bağlı “TikTok” platformasında səs yazısı paylaşılıb.
“Yalandır, gah tutdurdular, guya kimisə öldürmüşəm, gah müharibədə itkin etdilər, indi də dəfn edirlər. Mənim bu səsimi hamıya yay, qoy bilsinlər ki, sağam”, – meyxanaçı bildirib.