Ru
19:35 / 10 Noyabr 2026

Rusiyada Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu

Rusiyada Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu
Eye

Rusiyanın Kurqan şəhərində yerləşən “Versal” restoran-hotel kompleksi satışa çıxarılıb.


"Bakupost" Lent.az-a istinadla xəbər verir ki, obyektin sahibi hazır biznesi 265 milyon rubla (təxminən 5 milyon 596 min 270 manat) satmaq istəyir.

Məlumata görə, kompleks Kurqan şəhərinin Qoqol küçəsi, 98a ünvanında yerləşir. Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.

2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.

Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar