“Google” süni intellekt üçün iki yeni çip modeli təqdim edərək “Nvidia” ilə rəqabətini gücləndirir.
“Bakupost” xəbər verir ki, “TPU 8tx” və “8i Max” adlanan yeni çiplər süni intellekt proqramlarının hazırlanması və işlədilməsi üçün nəzərdə tutulub.
“Google”un çip bölməsinin rəhbəri Amin Vahdat bildirib ki, yeni modellər müştərilərin ehtiyaclarına uyğun yenidən qurulub.
Məlumata görə, “TPU” satışları müvafiq proqram və avadanlıqlarla birlikdə 2028-ci ilədək 135 milyard dolları ötə bilər. Bu il üçün proqnoz 12 milyard dollardır.
Vüsalə Hüseynova,
BakuPost