Ru
15:59 / 10 Noyabr 2026

“Land Rover” BYD-ni məhkəməyə verir

“Land Rover” BYD-ni məhkəməyə verir
Eye

“Jaguar Land Rover” şirkəti BYD-ni “Defender” modelinin dizayn hüquqlarını pozmaqda ittiham edir. İddialarla bağlı BYD-nin Niderlanddakı ofislərində axtarış aparılıb və rəqəmsal qeydlər götürülüb.

“Bakupost” xəbər verir ki, mübahisə BYD-nin “Ti7” SUV modeli ilə bağlıdır. “Jaguar Land Rover” avtomobilin “Defender”ə bənzədiyini və şirkətin əqli mülkiyyət hüquqlarını poza biləcəyini iddia edir.

BYD-nin vəkilləri axtarışın əhatə dairəsinə etiraz edərək bunu “sübut axtarışı” adlandırıblar. İş üzrə ilk məhkəmə iclasının noyabrın 11-də Haaqada keçirilməsi planlaşdırılır.

Hələlik BYD-nin hüquqları pozduğunu təsdiqləyən məhkəmə qərarı yoxdur.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar