“Meta” şirkəti süni intellekt əsaslı yaş təxmin etmə texnologiyasını qlobal miqyasda genişləndirərək daha çox yeniyetməni “Instagram”ın xüsusi təhlükəsizlik tədbirləri ilə əhatə edəcək.
“Bakupost” xəbər verir ki, şirkətin açıqlamasına görə, sistem doğum tarixini yetkin şəxs kimi göstərən, lakin yeniyetmə olduğundan şübhələnilən istifadəçiləri də müəyyən edə biləcək.
Texnologiyanın “Facebook”da da genişləndirilməsi nəzərdə tutulur. Oxşar sistemin ilin sonrakı dövründə “Threads” platformasında da tətbiqi planlaşdırılır.
“Instagram”ın yeniyetmə hesabları üzrə qoruma tədbirləri istifadəçilərlə kimin əlaqə saxlaya biləcəyini, hansı məzmunları görə biləcəyini və platformada keçirəcəkləri vaxtı məhdudlaşdırır.
“Meta” həmçinin “TikTok” və “YouTube”u yeniyetmələrin təhlükəsizliyi üçün oxşar tədbirlər görməyə çağırıb.
Vüsalə Hüseynova,
BakuPost