Ru
12:20 / 10 Noyabr 2026

"Kəlbəcərə qayıtdınız ki, zibilləyəsiniz? Bir az adamlığınız olsun!" - VİDEO

Eye

Aparıcı İlkin Həsəni Kəlbəcər təbiətinin zibillənməsini əks etdirən görüntülər paylaşıb.

"Bakupost" xəbər verir ki, aparıcı paylaşımında ətraf mühiti tullantılarla çirkləndirən şəxsləri sərt tənqid edib.

"İnsan necə yediyi, içdiyi, istirahət etdiyi bir yeri bu hala sala bilər? Buranı necə zibilləyə bilirsiniz? Dəfələrlə danışırıq, müraciət edirik ki, bunu etməyin. Yedin, içdin, tullantıları bir paketə yığdın, ən yaxın zibil qutusuna at. "Kəlbəcər belə, təbiəti elə... Ay biz bura qayıtdıq"... Bura qayıtmısınız ki, belə işlər görəsiniz? İnsafınız olsun, bir az adamlığınız olsun! ", - deyə o, bildirib.

Lalə, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar