Ru
16:23 / 10 Noyabr 2026

Kanalizasiya xətti tutuldu, Binəqədi yolu iflic oldu - FOTO

Kanalizasiya xətti tutuldu, Binəqədi yolu iflic oldu - FOTO
Eye

Binəqədi yolunda bayram günü nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.

"Bakupost"un məlumatına görə, ərazidə kanalizasiya quyusunda aparılan işlər səbəbindən yolun əsas hissəsi bağlanıb.

Nəticədə Binəqədi dairəsindən Mehdiabad yolu və Binəqədi şosesi istiqamətində kilometrlərlə uzanan avtomobil sıxlığı yaranıb, sürücülər tıxacda qalıb.

Tıxacın artıq bir saata yaxındır davam etdiyi bildirilir.

Sürücülərin sözlərinə görə, ərazidə hərəkəti tənzimləyən heç bir qurumun əməkdaşı yoxdur.

Lalə, BakuPost






Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar