Ru
22:01 / 10 Noyabr 2026

Bakı-Sumqayıt yolunda BÖYÜK TIXAC: Saatlardır... - FOTO

Bakı-Sumqayıt yolunda BÖYÜK TIXAC: Saatlardır... - FOTO
Eye

Bakı-Sumqayıt yolunda müşahidə olunan nəqliyyat sıxlığı bayram günlərinin başa çatması ilə əlaqədar vətəndaşların bölgələrdən paytaxta kütləvi şəkildə qayıtması nəticəsində yaranıb.

Bu barədə "Bakupost"a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

"Hazırda sözügedən ərazidə yol hərəkəti Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Nəqliyyat axınının tənzimlənməsi və sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları, ara məsafəsini gözləmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur. Hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar