"Ukrayna Qara dənizdə və enerji sektorunda atəşkəs elan etməyi təklif edib və Rusiyanın cavabını gözləyir”.
"Bakupost" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa G7 ölkələrinin XİN rəhbərlərinin görüşünün yekunlarına dair bildirib.
Onun sözlərinə görə, Kiyev təklifini Türkiyə, Misir və Hindistan vasitəsilə Moskvaya çatdırıb.
Ukrayna tərəfi Rusiyanın cavabını gözləsə də, Sibiqa danışıqlarda irəliləyişə nail olunacağına nikbin yanaşmadığını qeyd edib.
O, həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini və ABŞ-dan hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü sürətləndirməsini xahiş etdiyini bildirib.