Ru
22:36 / 10 Noyabr 2026

Yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO

Yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
Eye

Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında yerləşən və 4 saylı məktəbə aparan yoldakı iri dəmir dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir.

"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, dirəyin ətrafındakı torpağın boşalması onun dayanıqlılığını itirməsinə səbəb olub. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir.

Yağışlı havalarda isə dirəyin dibindəki torpaq daha da boşalır və aşma riski artır. Vəziyyət xüsusilə məktəblilərin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Belə ki, hər gün yüzlərlə şagird bu yoldan istifadə edərək dərsə gedib-gəlir.

Şagirdlər təhlükəli dirəyin yanından keçərkən qorxduqlarını, hətta riskdən yayınmaq üçün palçıqlı alternativ yollardan istifadə etdiklərini bildirirlər.

Ərazidə çoxmərtəbəli yaşayış binalarının da yerləşməsi yolu gün ərzində insanların intensiv istifadə etdiyi istiqamətlərdən birinə çevirir. Qarşıdan yağışlı, qarlı və küləkli hava şəraitinin gəlməsi isə vəziyyəti daha da riskli edir. Sakinlər aidiyyəti qurumların problemin aradan qaldırılması üçün tədbir görməsini gözləyirlər.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar