Ru
23:47 / 10 Noyabr 2026

Azərbaycan və Türkiyədən unikal LAYİHƏ

Azərbaycan və Türkiyədən unikal  LAYİHƏ
Eye

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik. Daha çox elektrik enerjisini şərqdən qərbə, şimaldan cənuba daşımalıyıq.

"Bakupost" xəbər verir ki, bu fikri Antalyada COP31 çərçivəsində jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar səsləndirib.

Antalyada imzalanan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasındakı təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişin əhəmiyyətinə diqqət çəkən türkiyəli nazir, qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.

O bildirib ki, Türkiyə elektrik enerjisi interkonnektorlarının gücünü 5,4 giqavatdan 15 giqavatta qədər artırmağı hədəfləyir.

A.Bayraktar yeni meqa enerji bağlantı layihələri üçün müxtəlif ölkələrlə danışıqlar apardıqlarını da qeyd edib. Onun sözlərinə görə, Türkiyənin gündəmində, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ilə elektrik sistemlərinin inteqrasiyasına yönəlmiş layihələr mövcuddur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar