Ru
17:53 / 15 May 2025

Düyü ucuzlaşacaq? - AÇIQLAMA

Düyü ucuzlaşacaq? -  AÇIQLAMA
Eye

Dünyada düyü qiymətləri son 5 ilin ən aşağı səviyyəsinə düşüb.

"İnterfaks"ın məlumatına görə, birjada düyü fyuçerslərinin qiyməti qlobal təklifdə artım gözləntiləri fonunda 100 funt-sterlinq üçün 12 dollara yaxınlaşıb.

Qeyd edilib ki, 2025/26 məhsul ilində ümumi düyü istehsalının Hindistan, Banqladeş və Çindəki artımlar hesabına rekord səviyyəyə - 538,7 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Hindistanda düyü istehsalının ardıcıl onuncu il üçün rekord həddə çatacağı gözlənilir. Qlobal düyü istehlakının da əsasən, Hindistan, Banqladeş, Filippin və Nigeriyada artan tələb fonunda rekord həddə - 538,8 milyon tona çatacağı təxmin edilir.
Bəs bu ucuzlaşma Azərbaycanda daxili bazar qiymətlərinə də təsir edəcəkmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a açıqlamasında bildirib ki, qlobal bazarda baş verən bu dəyişiklik, sözsüz ki, Azərbaycanın daxili bazarına da təsirsiz ötüşməyəcək:

“Çünki Azərbaycanda yerli tələbatın böyük əksəriyyəti idxal hesabına ödənilir. Amma məsələ burasındadır ki, bizdə bütün sahələr inhisardadır, o cümlədən ölkəyə düyü idxalı da müəyyən bir dairənin inhisarındadır. Ona görə dünya bazarında ucuzlaşma heç də dərhal Azərbaycanın daxili bazarına təsir etməyəcək. Bu, müəyyən müddətdən sonra baş verə bilər. Ola bilsin ki, bu məsələyə dövlət qurumları da qarışsın. Yəni hökumət düyünün idxal qiymətini gömrükdə görür və monitorinqlərin nəticəsində bazarlarda olan qiymətləri də müşahidə edir. Bu müqayisədən nəticə çıxararaq düyü idxalçılarına hökumətin müəyyən təzyiqləri ola bilər ki, qiymətləri aşağı salsınlar.”

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar