Ru
09:56 / 17 Aprel 2026

Bakıda bu ağacları kim kəsib? - VİDEO

Bakıda bu ağacları kim kəsib? - VİDEO
Eye

Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib.

Bakupost.az AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı prosessual araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialda:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar