Ru
11:24 / 17 Aprel 2026

Paşinyan konsert verəcək

Paşinyan konsert verəcək
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası ilə əlaqədar diqqətçəkən qərar verib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyan seçki kampaniyasını İrəvanın Respublika Meydanında özünün "Varçaband" qrupunun konserti ilə başa vurmağı düşünür.

Erməni mediasının yazdığına görə, artıq Baş nazir qrup repertuarını genişləndirmək və yeni ifaçılar cəlb etmək barədə müzakirələr aparmağa başlayıb.

Xatırladaq ki, Nikol Paşinyan bir neçə ay ərzində nağarada ifa etməyi öyrənib və yanvarın əvvəlində "Varçaband" qrupunun yaradıldığını elan edib. Qrup artıq İrəvanda iki konsert verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar