Ru
10:39 / 21 Aprel 2026

Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

Azərbaycan neftinin qiyməti 110 dolları ötdü
Eye

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Bakupost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,02 ABŞ dolları və ya 5,76% artaraq 110,51 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104,49 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar