Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl də (ipoteka kreditlərinin ödənilməsi, təhsil xərcləri və ya digər sosial ehtiyaclar üçün – red) istifadə etmək imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir.
Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi?
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Asif İbrahimov bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sisteminin buna uyğun olmadığını bildirib.
“Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırkı pensiyaçıların təminatına yönəldilir.
Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir”.
Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər:
“Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular”.
Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırkı şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdir.
Bu ölkədə ancaq talamaqla məsguldular
2023cü ildən pensiyaçıyam. Mənə ödənilən pensiya ilə razılaşmayaraq məhkəmə yolu ilə Güzəştli şərtlərlə pensiyaya çıxmışam. Məhkəmənin qərarı ilə mənə 2020ci ildən həmin pensiya təyinatı verildi və əvvəlki dövr üçün 8000 manat əlavə pensiya təyin edildi. Ailə vəziyyətimin çox ağır olduğunu, həyat yoldaşımın 2ci dəfə insult keçirdiyini, özümün ürək xəstəsi olduğumu, bizimlə birlikdə yaşayan nəvəmin serebral iflic xəstəsi olduğunu, banka 17000 manat kreditim olduğunu dəfələrlə sənədləşdirib ƏƏSMNnə göndərməyimə baxmayaraq, hər dəfə Kərim Sarıyev mənə təkrar məktublar göndərir. Mən mənə əvvəlki illər üçün təyin olunmuş kapitalımın heç olmasa 2 ya da 3 dəfəyə mənə ödənilməsini xahiş etmişəm. Hər dəfə də Kərim Sarıyev eyni məzmunda cavab göndərib. Bu yaxınlarda Eyvaz müəllimin qəbulunda olmuşam. Mənə ümid verib yola salıblar. Yenə də Kərim Sarıyevdən eyni məzmunlu təkrar məktub gəlib. Görəsən Kərim Sarıyevin, Eyvaz müəllimin anası, bacısı, həyat yoldaşı mənim vəziyyətimdə olsaydılar onlar necə hərəkət edərdilər?? Sizdən artıq dərəcədə xahiş edirəm mənim bu pullarının mənə ödənilməsinə köməklik edəsiniz. Kərim Sarıyevin təkrar məktublarından artıq bezmişəm, yorulmuşam. Xahiş edirəm onu göndərməyin. Mən öz halal pulumu istəyirəm. Mənim bu gündən sabaha gümanım yoxdu. Qalmışdı 2029cu ilə kimi gözləyəm. Köməyinizə ehtiyacım var və bəri başdan təşəkkür edirəm
Bəs dünyasını dəyişənlərin sosial fonduna ödədikləri pullar hara gedir ???
Bəs başqa ölkələrdə niyə sistemdə balans pozulmur ???