Ru
10:30 / 21 Aprel 2026

Azərbaycana 87 sm qar yağdı

Azərbaycana 87 sm qar yağdı
Eye

Aprelin 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada 24, Göyçay, Balakəndə 22, Tərtərdə 21, Goranboy, Yevlaxda 20, Naftalanda 19, Göygöldə 18, Hacıqabul, Qobustanda 16, Lerikdə 14, Şəmkir, Xızıda 13, Xaltan, Bərdədə 12, Kürdəmir, Gədəbəy, Gəncə, Şahbuzda 11, Daşkəsən, Yardımlıda 10, Sədərəkdə 9, Zərdabda 8, Sabirabad, Lənkəran, Ağdamda 7, Bakıda və Abşeron yarımadasında 6, Astara, İmişli, Qusarda 4, Naxçıvan, Ordubad, Tovuz, Biləsuvar, Beyləqan, Şirvan, Qubada 3, Şabranda 2, Neftçala, Cəbrayıl, Culfa, Xaçmaz, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar