Ru
11:51 / 21 Aprel 2026

Venesiyada küçənin adı görün nədir - Azərbaycanla bağlı tarixi iz

Venesiyada küçənin adı görün nədir -  Azərbaycanla bağlı tarixi iz
Eye

Venesiyada "Ruga Giuffa" kimi tanınan küçənin adı Azərbaycanla bağlıdır.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, "Ruga" sözü Venesiya ləhcəsində küçə deməkdir, "Giuffa" isə Culfa sözünün italyanca variantıdır. Yəni "Culfa küçəsi" anlamına gəlir.

Tarixi mənbələrə əsasən, xüsusilə 16-17-ci əsrlərdə Culfa şəhərindən olan tacirlər Venesiyaya gələrək burada ticarətlə məşğul olublar. Onlar əsasən ipək ticarəti ilə tanınıb və şəhərin iqtisadi həyatında əhəmiyyətli yer tutublar. Bu səbəbdən, həmin ərazi zamanla culfalı tacirlərin adı ilə tanınmağa başlayıb.

Bu gün də "Ruga Giuffa" adı qorunub saxlanılır və Venesiyanın dar küçələrindən birində Azərbaycan tarixinin izlərinin yaşadığını göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar