Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan iyunun 7-də keçiriləcək parlament seçkilərində hazırkı hökumət başçısını dəstəkləyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Nəşrin yazdığına görə, Akopyan yaxın ətrafı ilə açıq danışaraq bildirib ki, ayrılmalarına baxmayaraq, yenidən Paşinyanın seçilməsini dəstəkləyir və onlara da eyni şeyi etməyi məsləhət görür.
“Qoy münasibətlərimiz Baş nazirə münasibətinizin dəyişməsinə təsir etməsin, mən özüm vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və səsimi mütləq hazırkı Baş nazirə verəcəyəm”, - o bildirib.