Ru
11:42 / 17 Aprel 2026

“İsa bizə doğru gəlirdi” - Məktəbdəki qətliamın yeni detalları

“İsa bizə doğru gəlirdi” - Məktəbdəki qətliamın  yeni detalları
Eye

Türkiyənin Kahramanmaraş şəhərində İsa Aras Mersinli adlı şagirdin silahlı hücumu nəticəsində bir müəllim və 9 şagirdin ölümü ilə nəticələnən faciə ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, məktəbin psixoloqu Əjdər İncə hadisə ilə bağlı istintaqa verdiyi ifadəsində bildirib ki, şagirdin psixoloji vəziyyəti ilə hər zaman problemli olub və nəzarətdə saxlanılıb.

Onun sözlərinə görə, İ.A.Mersinli uzun müddət internet asılılığından əziyyət çəkib və məktəbə qarşı ciddi adaptasiya problemi yaşayıb:

“Məktəbə gəlmək istəmirdi, gəldiyi zaman da tez çıxmaq istəyirdi”, - məktəbin psixoloqu deyib.

Müəllim hadisə anını təsvir edərkən deyib ki, silah səslərini eşidəndə əvvəlcə texniki nasazlıq olduğunu zənn ediblər. Lakin sonradan bunun hücum olduğu anlaşılıb.

“Yuxarı mərtəbələrdəki siniflərdə nizam-intizamı təmin edirdim. Yuxarıda olarkən birdən “tak-tak” səsləri eşidildi. Səsi eşidən kimi aşağı mərtəbəyə düşdüm. Səsin mənbəyini axtarmağa başladım, səslər davamlı gəlirdi. Tualetin qarşısında yerdə uzanan bir uşağı gördüm və bəzi şagirdlərin “transformator partladı” dediyini eşidəndə, mən də transformatorun partladığını düşündüm. Gedib şəbəkədən gələn xətti söndürüb yenidən yuxarı qalxdım. O anda səslər kəsilmişdi. Yanımda Ramazan və Fərhat müəllimlər, eləcə də tanımadığımız bir neçə nəfər var idi. İsa bizə doğru gəlirdi. Gəldiyi zaman əlində heç nə yox idi, silahı da yox idi. Biz hamımız onu zərərsizləşdirdik. Onu yerə uzadanda üzərindən silah darağı yerə düşdü. Mən həmin an oradan ayrıldım və digər şagirdlərə, yaralılara kömək etməyə getdim. İki yaralı şagirdi təcili yardım maşınına yerləşdirdim. İsa Aras Mersinli tutulanda ətrafda 40-50 nəfər var idi. Mən yaralı şagirdimi aşağı endirəndə İsanın yanında taxta saplı bir bıçaq gördüm. Bundan sonra nə baş verdiyini bilmirəm”, məktəbin psixoloqu Əjdər İncə ifadəsində bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar