Ru
23:35 / 16 Aprel 2026

Kimlər yenidən hərbi xidmətə aparılacaq?

Kimlər yenidən hərbi xidmətə aparılacaq?
Eye

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan qanunvericiliyinə əsasən çağırış yaşının 18–30 aralığını əhatə etdiyini və bu məsələnin ciddi şəkildə nəzərə alınmalı olduğunu bildirib.

"Söhbət burada insanın fiziki göstəricilərindən gedir. Məsələn, 30 yaşında, əvvəllər xəstəliyi olmuş bir şəxsin yenidən hərbi xidmətə çağırılması real suallar doğurur. Bu yaşda olan insanın 18–20 yaşlı əsgərlərlə eyni xidmət vəzifələrini yerinə yetirməsi bəzən çətin olur və hətta əlavə yükə çevrilə bilər. Bu məsələ dəfələrlə qeyd olunub. Təəssüf ki, bəzi hallarda qanunvericilikdə dəyişikliklər müzakirə edilərkən real xidmət şəraiti və praktik çətinliklər nəzərə alınmır. Halbuki bu qərarları verən şəxslər real hərbi xidmət şəraitini daha yaxından təsəvvür etməlidirlər ki, 30 yaşında, əvvəllər xəstəlik keçirmiş bir şəxsin sıravi əsgər kimi xidmət zamanı hansı çətinliklərlə üzləşə biləcəyini daha düzgün qiymətləndirə bilsinlər".

Ekspert bildirib ki, çağırış yaşı 18-dən 30-a qədər müəyyən olunubsa, bu 12 il ərzində sağlamlıq problemi olmuş şəxsin sonradan hərbi xidmətə cəlb olunması suallar yaradır.

"Əgər həmin xəstəlik xroniki xarakter daşıyırsa və ya ciddi sağlamlıq problemləri olubsa, bunun xidmət zamanı yenidən üzə çıxma ehtimalı yüksəkdir. Hətta sağalmış kimi görünsə belə, xidmətin keyfiyyəti məsələsi ayrıca müzakirə mövzusudur. Bu baxımdan, alternativ xidmət mexanizminin daha geniş tətbiqi məqsədəuyğun ola bilər. Xəstəlik səbəbindən tam hərbi xidmətə yararlı olmayan şəxslər üçün sosial və ya səhiyyə müəssisələrində xidmət imkanı yaradıla bilər. Məsələn, reabilitasiya mərkəzlərində, sosial müəssisələrdə və ya xəstəxanalarda fəaliyyət göstərmək alternativ xidmət kimi dəyərləndirilə bilər".

Onun sözlərinə görə, ümumilikdə məqsəd odur ki, orduya fiziki və psixoloji baxımdan tam yararlı, xidmət vəzifələrini keyfiyyətlə yerinə yetirə bilən şəxslər cəlb olunsun.

"Bu səbəbdən xəstəliklə bağlı meyarların daha dəqiq müəyyənləşdirilməsi və alternativ xidmətin genişləndirilməsi vacib məsələ kimi qiymətləndirilə bilər".

Şərhlər
  • Azer

    Xəstəliyi olanı orduya aparmaq düzgün deyil. Xəstəlik bir azda ağırlaşır.

  • Lezgin

    İndi növb əskər getməyən məmur övladlarınındır. Çünki bu vətənin pulu neftindən ancaq onlar bəslənir. Bəsdi milləti doladız.

  • S A

    Kasıbın zor zülmlə böyütdüyü balasını basıb aparırlar Xəstə oldu nə oldu gözü görmür yoxsa ayağının altı düzdü baxan yoxdu Ölkənin yağını balını sumurub yeyən rüşvətxor məmurun pota gədələrini basıb aparmaq lazımdır xidmətə Özüdə birbaşa erməniylə sərhədə

  • Aydin

    Bronxial astma diaqnozu qoyulmus xesteni sosialdaki hekimler yararli kimi qeyde almaq isteyirler. Bu nederecede duzgundur? Astmada xroniki saqalmayan xestelikdi. Usaqi yararli yazan hekimler zemanet verirmiki, usaqin xesteliyi herbide tutmayacaq

  • Canaliyev Elvin

    0506559803. 17 xidmətim var. 39 yaşim var. Balaca bir səfin üstündə, müqaviləmi xitam veriblər, səfimi tohmətlə, vəya vs cəzalarlada yola vermək olardı. Xahiş edirəm məni hərbiyə (işə)qayıtmağima köməklik edəsiniz

  • Tahir Aliyev

    Yuxarı çinli məmurların övladlarına hərbi xidmət etmək olmaz,çünki onlar savaşda iştirak etmirlər və etməyəcəklər.????

  • Roma

    Deputatların, yuxarı çinli məmurların övladları hərbi xidmətə çağırılsinlar və azad olunmuş ərazilərdə xidmətlərini keçsinlər...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar