Ru
16:43 / 15 May 2025

Azərbaycan “İbrahim sazişi”nə qoşulmalıdır? - AÇIQLAMA

Azərbaycan “İbrahim sazişi”nə qoşulmalıdır? -  AÇIQLAMA
Eye

Son vaxtlar Azərbaycanın “İbrahim sazişi”nə qoşulacağı geniş müzakirə olunur.

Bu sazişə qoşulmaq ölkəmizin maraqlarına uyğundurmu? Siyasi ekspertlər bu barədə nə düşünür?

Suallarımıza cavab verən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Bakupost.az -a açıqlamasında öncə bu sazişin ərəb dövlətləri və İsrail arasında barışığı nəzərdə tutduğunu diqqətə çəkdi:

""İbrahim sazişi"nin tətbiqinə Donald Trampın birinci prezidentliyi dövründə başlanılıb. Məqsəd isə ABŞ-nin vasitəçiliyi ilə ərəb ökələri və İsrail arasında münasibətlərin normallaşdırılması idi. Hazırda bu sazişlərə böyük ehtimalla yeni məzmun gətirilib. Lakin bu yeni məzmunu hələ ki, görməmişik. Tramp Administrasiyasının nümayəndələri bildirirlər ki, kəmiyyət artırılacaq. Amma dəyişikliyin nədən ibarət olması məlum deyil.”

Politoloq hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycanın bu sazişə qoşulması real görünmür:

“30 ildən artıqdır ki, Azərbaycanın İsraillə diplomatik əlaqələri var, münasibətlər çoxşaxəlidir. Azərbaycanın İsraillə hansısa problemi yoxdur ki, onu “İbrahim sazişi” ilə həll edək. Ona görə, hazırkı vaxtda yeni müqavilə imzalansa, başa düşərik ki, bu, nəyi nəzərdə tutur. Hələ ki, bu görünmür. Azərbaycan-İsrail münasibətləri ABŞ-nin vasitəçiliyi olmadan onsuz da yüksək səviyyədə inkişaf edir. Əgər müqavilədə dəyişiklik olarsa, Azərbaycan onu nəzərdən keçirilə bilər.”

Qeyd edək ki, sözügedən müqavilə bütün səmavi dinlərin kitablarında xatırlanan İbrahim peyğəmbərin adı ilə əlaqəlidir. İbrahim peyğəmbər ərəblərlə yəhudilərin ortaq atası hesab olunur.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar