İranda evli qadınların 60 faizi uşaq sahibi olmaq istəmir.
Bakupost İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Səhiyyə Komissiyasının sədr müavini Fatimə Məhəmmədbəyqi Məşhəddə keçirilən İkinci Milli Ümid Fidanı Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, ölkəsində evli qadınların 60 faizi 35-49 yaş arasındadır, onlar uşaq doğma yaşındadır, lakin əksəriyyəti uşaq sahibi olmaq istəmir:
"Ölkədə uşaq sahibi olma nisbəti hər il 5 faiz azalır. 2017-ci ildə təxminən 10 milyon uşaq doğma yaşında qadın və 2 milyon doğum olduğu halda, keçən il reproduktiv yaşda olan qadınların sayının 16 milyona çatmasına baxmayaraq, cəmi 980 min doğuş reallaşıb.
Uşaq doğma çağında olan qadınların sayının artmasına baxmayaraq, doğumların azalması göstərir ki, uşaq sahibi olmaq anlayışı artıq "varlıq" deyil, "xərcdir". Dövlət qurumları ailələri uşaq sahibi olmağa həvəsləndirmək üçün üzərinə düşəni etməlidir"- deyə o əlavə edib.
Aygün. Bakupost