Ru
23:12 / 02 Noyabr 2026

Tanınmış professor dünyasını dəyişdi

Tanınmış professor dünyasını dəyişdi
Eye

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Fərman oğlu Bayramov dünyasını dəyişib.


"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, Azərbaycan Yazıçlar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü, Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov bu gün səhər saatlarında vəfat edib.

1946-cı ilin 30 mayında Ağdam rayonunun Əlimədətli kəndində dünyaya gələn Qurban Bayramov uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı olub.

O, ümumilikdə 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar